...

Şuşa ilə Tacikistanın İsfara şəhəri qardaşlaşıb

Gündəm Materials 5 Aprel 2023 19:28 (UTC +04:00)
Şuşa ilə Tacikistanın İsfara şəhəri qardaşlaşıb

Bakı. Trend:

Azərbaycanın Şuşa şəhəri ilə Tacikistanın İsfara şəhəri qardaşlaşıb.

Trend-in məlumatına görə, bununla bağlı bu gün Tacikistanda “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” imzalanıb.

Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və Tacikistan Respublikasının İsfara şəhərinin rəhbəri Baxovaddin Baxodurzoda imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti