...

Azərbaycan bayrağını yandırmaq erməni xislətini bir daha ortaya qoyur - İctimai Birlik (FOTO)

Gündəm Materials 15 Aprel 2023 13:41 (UTC +04:00)
Azərbaycan bayrağını yandırmaq erməni xislətini bir daha ortaya qoyur - İctimai Birlik (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

"İdman Jurnalistləri" İctimai Birliyi ötən gün İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılmasına etiraz olaraq tədbir keçirib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən "İdman jurnalistləri" İctimai Birliyinin sədri Azər İsmayılov bildirib ki, Ermənistanın etdiyi bu hərəkətin Ermənistanın baş nazirinin gözü qarşısında baş verməsi, Azərbaycan bayrağının yandıran şəxsin sərbəst buraxılması erməni xislətini bir daha ortaya qoyur: "Beynəlxalq qurumları, beynəlxalq idman təşkilatlarının aktiv olmağa çağırırıq. Baş verən hadisənin Ermənistanın bu yarışlara hazır olmamasını göstərir. Ümid edirik ki, beynəlxalq təşkilatlar bu barədə ciddi tədbir görəcək".

İctimai birliyin üzvü Sənan Şəfizadə isə qeyd edib ki, bu bir düşünülmüş təxribatdır: "Ən maraqlı məqam də odur ki, yarışı izləmək üçün akreditasiyası olan bir şəxsin üzərində alışqan var. Bu nə deməkdir? Yarışın təhlükəsizliyi necə təmin olunub.
2015-ci ildə Bakıda keçirilən yarışda ermənilərin bütün təhlükəsizliyi tam təmin olundu və onlar yarışdan sonra Bakıda sərbəst gəzdilər.

Ermənistan idmançıların təhlükəsizliyini hansı səviyyədə qorudu, bu göz qabağındadır. Bu bir biabırçılıqdır. Ermənistan bu cür beynəlxalq tədbirdə heç bir təhlükəsizlik tədbiri görməyib. Ona görə də bizim idmançılarımızın yarışda iştirak etmədən gedir qayıtması ən düzgün addımdır. Ermənistan belə bir mötəbər yarışı keçirməyə qadir deyil. Aidiyyəti beynəlxalq təşkilatlar bu barədə ciddi tədbir görməlidir. Bu təkcə sanksiya ilə yekunlaşmamalıdı".

"İdman Azərbaycan" kanalının sədr müavini Vüqar Nəzərov isə bildirib ki, bu hadisə planlaşdırılmış təxribatdır: "Belə bir hadisədən sonra bizim idmançılarımız dərhal geri qayıtmalı idi. Çünki idmançılarımız orda qalsaydı daha böyük təxribatla üzləşə bilərlər. Ona görə də idmançılarımızın dərhal geri çağırılması ən düşünülmüş addımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti