...

İlon Mask "Twitter"-də qeyri-aktiv hesabları təmizliyəcək

Gündəm Materials 12 May 2023 13:58 (UTC +04:00)
İlon Mask "Twitter"-də qeyri-aktiv hesabları təmizliyəcək
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

İnsanlar 17 ildir ki, "Twitter"-də öz fikirlərini, zarafatlarını bölüşürlər. Əgər ölsələr, həbsxanaya düşsələr və ya platformadan ayrılsalar, bu yazılar ailələri və yaxın ətrafları üçün yaddaş kimi qəbul edilə bilər. Amma aktiv olmayan "Twitter" hesabları yenidən yox olmaq təhlükəsi ilə üzləşə bilər.

Trend-in məlumatına görə, İlon Mask "Twitter"-də bir neçə ildir aktiv olmayan hesabları təmizləyəcəyini bildirib.

Şirkət oxşar planı 2019-cu ildə açıqlasa da, dostları və ya ailə üzvləri vəfat edən istifadəçilərin reaksiyasından sonra bu plandan imtina edib. İ.Mask istifadə olunmayan hesabların arxivləşdiriləcəyini söyləyib , lakin bunun necə işləyəcəyi ilə bağlı təfərrüatları açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti