...

Gorusdan Xankəndi istiqamətinə BQXK-nin müşayiəti ilə təcili yardım avtomobilləri keçib (FOTO)

Gündəm Materials 26 Sentyabr 2023 14:08 (UTC +04:00)
Gorusdan Xankəndi istiqamətinə BQXK-nin müşayiəti ilə təcili yardım avtomobilləri keçib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın. Trend:

Gorusdan Xankəndi istiqamətinə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müşayiəti ilə təcili yardım avtomobilləri keçib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, Ermənistandan gələn 20-dək ambulans BQXK-nin xətti ilə Xankəndinə gedib.

Laçın sərhəd buraxılış məntəqəsində ambulanslara baxış keçirilib. Qeyri-qanuni yük qeydə alınmayan ambulanslar maneəsiz keçid edərək Xankəndiyə hərəkət edir.

Xəbər lenti

Xəbər lenti