...

Mənim üçün dünyada Laçın qədər səfalı yer yoxdur – Laçın sakini

Gündəm Materials 30 Oktyabr 2023 08:06 (UTC +04:00)
Mənim üçün dünyada Laçın qədər səfalı yer yoxdur – Laçın sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Mənim üçün dünyada Laçın qədər gözəl və səfalı yer yoxdur.

Bunu Trend-ə açıqlamasında Laçın sakini Rahilə Məmmədova deyib.

Onun sözlərinə görə, kimsə ən gözəl və ən səfalı yer görmək istəyirsə Laçına gəlsin.

“Allaha şükürlər olsun ki, biz yenidən öz Laçınımıza qovuşuruq. Bu yolda əməyi keçən hər bir şəxsə, dövlətimizə öz təşəkkürümüzü bildiririk. Allah Prezidentimizi var eləsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin”, - deyə o bildirib.

Qeyd edək ki, 30 oktyabrda 20 ailənin (70 nəfər) Laçına köçürülməsi ilə Laçın şəhərində 315 ailənin (1205 nəfər) daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti