...

“Google Chrome” brauzerində kritik boşluq aşkarlanıb

Gündəm Materials 30 Noyabr 2023 18:29 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Google Chrome” brauzerində kritik boşluq (CVE-2023-6345) aşkarlanıb.

Trend Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadən xəbər verir ki, boşluq “Google Chrome”un “Skia” kitabxanasının istifadə etdiyi yaddaşın həddən artıq yüklənməsi səbəbindən yaranır.

Boşluq kiberdələduza sistem üzərində ixtiyari icra etmək və fərdi məlumatları ələ keçirmək imkanı verir.

İstifadəçilərə proqram təminatını ən son versiyaya yeniləmələri tövsiyə olunur.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti