Bakı. Trend:
Baş Prokurorluq təltif olunub.
Trend xəbər verir ki, Baş Prokurorluq "Vəkilliyin dostu" mükafatı ilə təltif olunub.
Mükafat 28 dekabr “Vəkil Günü” peşə bayramı münasibətilə Vəkillər Kollegiyasının təntənəli iclası zamanı Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən qəbul edilib.
Tədbir zamanı çıxış edən Baş prokurorun müavini məhkəmə-hüquq sistemində aparılan köklü islahatlardan danışıb.
Baş prokurorun müavini prokurorluq orqanları ilə vəkillər kollegiyası arasında son illərdə möhkəmlənmiş işgüzar əlaqələrə toxunub.