...

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri yenidən Rəşad Cabirli seçilib (FOTO)

Gündəm Materials 16 Mart 2024 21:20 (UTC +04:00)
MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri yenidən Rəşad Cabirli seçilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün MÜSIAD Azərbaycanın yeni idarə heyətinin üzvləri seçilib.

Trend xəbər verir ki, MÜSIAD Azərbaycan tərəfindən təşkil edilən proqramın birinci hissəsində dərnək üzvlərinin iştirakı ilə ümumi iclas baş tutub.

MÜSIAD Azərbaycanın sədri Rəşad Cabirli iclasın açılışını edərək dərnəyin fəaliyyətləri və gələcəkdə planlaşdırılan işlər haqqında məlumat verib.

İclas zamanı dərnəyin keçən iki il ərzində gördüyü fəaliyyətlər haqqında hesabatlar təqdim edildikdən sonra MÜSIAD Azərbaycanın yeni idarə heyətinin seçilməsi üçün səsvermə prosesi baş tutub.

Səsvermə nəticəsində MÜSİAD Azərbaycan Yeni İdarə Heyəti üzvləri 1. Rəşad Cabirli, 2. Hüseyin Yapar, 3. Alim Şentürk, 4. Osman Yaqubov, 5. Emin Əzizli, 6. Azər Göyüşov, 7. Aslan Abdullayev, 8. Fatih Uzun, 9. Remzi Mişeli, 10. Zeki Gül, 11. Elvin Əliyev, 12. Akif Başoğlu təyin ediliblər.

Qeyd edək ki, MÜSİAD Azərbaycan tərkibində olan komissiyalar isə sırası ilə 1. Kənd Təsərüüfatı və Turizm Komissiyası, 2. Qurumsal Əlaqələr Komissiyası, 3. Təşkilatlanma və Üzvlərlə Əlaqələr Komissiyası, 4. İnşaat və Tikinti Materialları Komissiyası, 5. Yaşıl və Rəqəmsal Transformasiya Komissiyası, 6. Təhsil və Mədəniyyət Komissiyası, 7. Maliyyə və Planlama Komissiyası, 8. İstehsal və Ticarət Komissiyası, 9. MÜSİAD Ticarət Ofisi (MTO), 10. Gənc MÜSİAD Azərbaycan təyin edilib.

Daha sonra, proqramın ikinci hissəsində isə rəsmilərin qatılımı ilə İftar proqramı baş tutub.

Məlumata görə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dos.Dr. Cahit Bağcı, KOBİA-nın sədri cənab Orxan Məmmədov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Meksika səfiri xanım Mariya Viktoriya Romero Kabalyero və Qeyri Hökumət Təşkilatlarının nümayəndələri ilə yanaşı tədbirə 190 nəfərdən çox rəsmi qonaq iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti