...

Müəllimlər məktəbin həyətində siqaret çəkə bilməzlər

Gündəm Materials 23 May 2024 15:22 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Təhsilverən xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməməlidir.

Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar verib.

Qərara əsasən, təhsilverən öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində cəmiyyət və dövlətin maraqları naminə keyfiyyətlə, səmərəli və peşəkarlıqla yerinə yetirməyə borcludur.

Təhsilverən təhsilalanların rifahı və öyrənməsi üçün dəstəkləyici, inkişafetdirici, sağlam və təhlükəsiz mühitin qurulmasını təmin etməlidir.

Xəbər lenti

Xəbər lenti