...

Ağdamda minaya düşən ANAMA əməkdaşının vəziyyəti açıqlanıb

Gündəm Materials 28 May 2024 13:55 (UTC +04:00)
Ağdamda minaya düşən ANAMA əməkdaşının vəziyyəti açıqlanıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

İşğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində mina partlayışı nəticəsində xəsarət alan Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Hasil Eldar oğlu Yusubov Ağdam Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Xəstəxananın şöbə müdiri Nofəl Zeynalov Trend-in bölgə müxbirinə bildirib ki, 1997-ci il təvəllüdlü xəstəyə sol baldırın aşağı üçdəbirinin travmatik amputasiyası diaqnozu qoyulub. Xəstəyə ilkin müdaxilələr olunub, yara qanaxması dayandırılıb və Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Qeyd edək ki, Ağdamda ANAMA əməkdaşının minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər icra olunub.

Xəbər lenti

Xəbər lenti