...

Azərbaycanın bölgəsində zəlzələ qeydə alınıb

Hadisə Materials 10 İyun 2008 21:00 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 10 iyun / Trend , müxbir P.Əliyeva/Azərbaycanın cənub bölgəsində çərşənbə axşamı saat 19:55 radələrində zəlzələ qeydə alınıb. episentri Cəlilibad rayonundan 36 km cənubda olan zəlzələ 4,5 bal gücündə hiss olunub. Təkanlar Lənkəranda 3 bal , bölgənin digər rayonlarında 3 baldan bir qədər zəif hiss olunub. Dağıntı və insan tələfatı qeydə alınmayıb. Lənkəranda son zəlzələ bu il mayın 29- da 3,5 bal gücündə olub. Bu məlumatı Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji xidmətinin direktor müavini Qurban İtirmişli verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti