...

Azərbaycanın cənub bölgəsində iki bacı intihar edib

Hadisə Materials 30 İyun 2008 11:24 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 30 iyun / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənub bölgəsində iki bacı intihar edib.

Trend-News-un bölgə müxbirinin Masallı rayon prokuroru Rizvan Həsənova istinadən verdiyi məlumata görə, Masallının Xocavər kənd sakinləri 18 yaşlı Nəhmətova Gülşən və 21 yaşılı Nəhmətova Şəms yaşadıqları evin həyətindəki təndirxanada özlərini asaraq intihar ediblər.

Mərhumların atası Ağabala Nəhmətov bazar ertəsi səhərə yaxın təndirxanaya gedərkən qizlarını orada asılmış vəziyyətdə görüb.

Prokuror intiharın səbəbinin hələlik bəlli olmadığını deyib.

İntiharın səbəbini öyrənmək üçün bacıların meyidi məhkəmə tibb ekspertizasına göndərilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125) maddəsi ilə cinayət işi açılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti