...

Azərbaycanın şimal-qərb bölgəsində ölümlə nəticələnən yol qəzası baş verib

Hadisə Materials 10 Oktyabr 2008 14:50 (UTC +04:00)

Azərbaycan, Şəki, 10 oktyabr / Trend , müxbir S.Fətəliyev / Azərbaycanın şimal-qərb bölgəsində yerləşən Şəki rayonunda (Bakının 360 kilometrliyində yerləşən) ölümlə nəticələnən yol qəzası baş verib.

Şəki rayon Polis Şöbəsinin müstəntiq Müşviq Cəbrayılovun cümə günü Trend -a verdiyi məlumata görə, ötən gecə saat 03:10 radələrində Şəki rayonunun Küdürlü kəndinin ərazisində Gəncə sakini Rüfət Zərif oğlu Məmmədov idarə etdiyi їVAZ-21 06ї markalı avtomobillə atı vurması nəticəsində avtomobil aşıb. Hadisə zamanı Məmmədov aldığı xəsarət nəticəsində yerindəcə ölüb. Avtomobildə olan bir şərnişin isə Şəki rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şəki RPŞ-də araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti