...

Bakıda taxta tikinti materillar bazarında baş vermiş yanğın söndürülüb (ƏLAVƏ OLUNUB) (fotosessiya)

Hadisə Materials 29 İyul 2009 10:25 (UTC +04:00)
Bazarda gecə saatlarında baş vermiş yanğının səviyyəsi üçüncü dərəcəli olub.
Bakıda taxta tikinti materillar bazarında baş vermiş yanğın söndürülüb (ƏLAVƏ OLUNUB) (fotosessiya)

Azərbaycan, Bakı, 29 iyul / Trend , müxbir C.Babayeva /

Bakının Binəqədi rayonunda, Dərnəgül qəsəbəsində taxta tikinti materilları və ağac məmulatları bazarında baş vermiş yanğın söndürülüb, çərşənbə günü Trend -a Dövlət Yanğın Mühafizəsi Xidmətindən məlumat verilib.

Bazarda gecə saatlarında baş vermiş yanğının səviyyəsi üçüncü dərəcəli olub.

Rəsmi məlumatlara görə, xəsarət alanlar barədə məlumat olmasa da, hadisə şahidlərinin sözlərinə görə, yanğın nəticəsində tüstüdən zəhərlənənlər olub.

Yanğının səbəbləri araşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti