Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir К. Zərbalıyeva/
Bakıda iki ağır yol qəzası baş verib, nəticədə iki nəfər həlak olub.
Bu gecə 90 GJ 018 dövlət nömrəli "Hundai Sonata" markalı avtomobil Heydər Əliyev prospekti ünvanında "Şəfa" stadionunun qarşısındakı dirəyə çırpılıb. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Cəmşid Hənifəyev məlumat verib. Qəza nəticəsində avtomobil yanıb. Sürücü Qədirli Nəsimi Maarif oğlu (1980-cı il təvəllüdlü) həlak olub. Avtomobildə olan sərnişin Hüseyn Hüseynov isə (1979) ağır yaralanıb.
"Ölümlə nəticələn digər yol qəzası axşam saat 21:30-da baş verib. Nəticədə VAZ 2107 markalı avtomobilin sürücüsü Dmitri Babayev (1970-ci il təvəllüdlü) həlak olub", - Hənifəyev deyib.