Azərbaycan, Bakı, 27 iyun /Trend/
Bazar günü İranın şərqində 5,1 maqnitudalı zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə ABŞ Geoloji Xidmətinin (USGS) məlumatında deyilir.
Təkan yerli vaxtla saat 23:17-də qeydə alınıb. Zəlzələnin episentri Kirman şəhərindən 48 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı yerin 37,3 kilometr dərinliyində olub.
Həlak olanlar, xəsarət alanlar və dağıntı barədə məlumat daxil olmayıb.