Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda qadın sürücü ağır yol qəzası törədib.
Şahidlərin Trend-ə verdiyi məlumata görə, bu gün səhər saatlarında "Şəfa" stadionu yaxınlığında qadın sürücü idarə etdiyi "Cip" markalı avtomobillə yolu keçən iki qadın piyadanı vurub. Piyadalardan biri hadisə yerində dünyasını dəyişib, digəri isə xəstəxanaya aparılarkən yolda keçinib.
Şahidlər bildiriblər ki, hadisə zamanı sürücünün piyadaları vurduqdan sonra avtomobili saxlaması bir neçə avtomobilin toqquşmasına səbəb olub.
Sürücünün və ölənlərin şəxsiyyətini müəyyən etmək hələlik mümkün olmayıb.
DİN-in mətbuat xidmətinin yaydığı məlumata isə bildirilir ki, İyulun 22-də saat 09.15 radələrində Nizami rayonu H.Əliyev prospektində Bakı şəhər sakini Mehdi Qəhrəmanov idarə etdiyi "Nissan Maxima" markalı avtomaşınla Şərur rayon sakinləri Aysel Hüseynovanı və onun bacısı Türkanəni vurub.
Nəticədə A.Hüseynova və Türkanə hadisə yerində ölüblər. Nizami RPİ tərəfindən araşdırma aparılır.