...

Azərbaycanda hərbçi yoldaşını qətlə yetirən əsgər tutulub

Hadisə Materials 22 İyul 2011 12:04 (UTC +04:00)
Azərbaycanda hərbçi yoldaşı qətlə yetirərək hadisə yerindən qaçan əsgər tutulub
Azərbaycanda hərbçi yoldaşını qətlə yetirən əsgər tutulub

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda hərbçi yoldaşı qətlə yetirərək hadisə yerindən qaçan əsgər tutulub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev məlumat verib.

Abdullayev deyib ki, əsgər Arif Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

İyulun 20-də Müdafiə Nazirliyinin Beyləqanda yerləşən "N" saylı hərbi hissəsində xidmət edən əsgər Arif Şakir oğlu Cəfərov təhlükəsizlik qaydalarını pozduğundan tabeliyindəki silahdan atəş açılıb. Güllə əsgər Hikmət Eldar oğlu Yusifova dəyib və o hadisə yerində həlak olub.

Xəbər lenti

Xəbər lenti