...

Antalyada turistləri daşıyan avtobus qəzaya uğrayıb, 15 nəfər xəsarət alıb

Hadisə Materials 3 Avqust 2011 15:41 (UTC +04:00)
Xarici turistləri, o cümlədən rusiyalıları aparan avtobus çərşənbə günü Türkiyənin kurort əyaləti Antalyanın Manavqat rayonunda aşıb. Nəticədə 15 nəfər xəsarət alıb
Antalyada turistləri daşıyan avtobus qəzaya uğrayıb, 15 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Xarici turistləri, o cümlədən rusiyalıları aparan avtobus çərşənbə günü Türkiyənin kurort əyaləti Antalyanın Manavqat rayonunda aşıb. Nəticədə 15 nəfər xəsarət alıb

Trend-in məlumatına görə, "Doğan" agentliyi xəbər verir ki,
avtobus Rusiya, İran, İsrail və Böyük Britaniyadan olan 25 turisti raftinq mərkəzə aparırmış. İlkin məlumatlara görə, avtobusun sürücüsü sürüşkən yolda idarəetməni itirərək su arxına düşüb.

Yol nəqliyyat hadisəsi yerinə təcili yardım maşınları göndərilib. Xəsarət alanların səkkizi Side şəhərciyinin "Anadolu" özəl xəstəxanasına, yeddisi Serikdəki "Aspendos" klinikasına göndərilib. Qəzada yaralananlardan birinin vəziyyətini həkimlər ağır qiymətləndirirlər.

Xəsarət alanların milli mənsubiyyəti barədə məlumat hələ ki yoxdur.

Rusiyanın Antalyadakı Baş Konsulluğunda yol qəzası və Rusiya vətəndaşları arasında xəsarət alanların olub-olmaması ilə bağlı məlumatı yoxlayırlar.

Xəbər lenti

Xəbər lenti