...

Mister Bin ölümdən döndü (FOTO)

Hadisə Materials 5 Avqust 2011 14:53 (UTC +04:00)
Britaniyanın məşhur komediya ustası Rouen Atkinson (Mister Bin) cümə gününə keçən gecə möcüzəvi şəkildə ağır zədədən yayına bilib
Mister Bin ölümdən döndü (FOTO)

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Britaniyanın məşhur komediya ustası Rouen Atkinson (Mister Bin) cümə gününə keçən gecə möcüzəvi şəkildə ağır zədədən yayına bilib. O, "Formula-1" bolidini sürərkən ciddi yol qəzasına düşüb. Trend-in məlumatına görə, bu barədə cümə günü "Sun" qəzeti yazıb.

"Aktyor avtomobil həvəskarıdır. Dəyəri 650 min funt sterlinq olan dünyada mövcud 100 "Maklaren" avtomobilindən biri ona məxsusdur", - qəzet qeyd edir.

"İnsident ölkənin şərqində Kembricşir qraflığında Heddon şəhəri yaxınlığında baş verib", - RİA Novosti məlumat verib.

Qəzetin məlumatına görə, 56 yaşlı Atkinson idarəetməni itirib, onun avtomobili havada 3 dəfə çevrilib və ağaca çırpılıb. Qəza anında o saatda 230 mil (370 kilometr) sürətlə gedirmiş.

Yalnız ciynindən cüzi zədə alan aktyor əzilmiş boliddən müstəqil şəkildə çıxıb, yol polisi və "təcili yardımı" sakit şəkildə gözləməyə başlayıb. "Təcili yardım" onu yaxınlıqdakı hospitala çatdırıb. Atkinson gecənin qalan hissəsini müalicə müəssisəsində keçirib, lakin bu daha çox formal prosedur olub. Hospital nümayəndəsi mətbuata bildirib ki, aktyorun sağ qalması möcüzədir.

Kebricşirdə baş verən hadisə Atkinsonun ilk qəzası deyil. 2001-ci ildə Yorkşirdə avtomobil həvəskarlarının görüşündə onun "Aston Martin V8 Zagato" avtomobili qoruyucu maneəyə çırpılıb.

Mister Bin kimi tanınan aktyorun yük və avtoqatar sürmək hüququ var.

Xəbər lenti

Xəbər lenti