Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir M.Əliyev/
Bakının 234 saylı orta məktəbində partlayış olub. Bu barədə cümə günü Trend-ə Xəzər rayon Polis İdarəsindən məlumat verilib.
Partlayış nəticəsində yuxarı sinif şagirdlərindən biri xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Partlayışın nədən baş verdiyi hələlik məlum deyil.
Hazırda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri hadisə yerində araşdırma aparırlar.
Bakının orta məktəbində partlayış olub, xəsarət alan var
Bakının 234 saylı orta məktəbində partlayış olub
