...

Bakıda iki avtomobil toqquşub, ölən var

Hadisə Materials 9 Yanvar 2012 09:35 (UTC +04:00)
Bakıda iki avtomobil toqquşub, 1 nəfər ölüb.
Bakıda iki avtomobil toqquşub, ölən var

Azərbaycan, Bakı, 9 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Bakıda iki avtomobil toqquşub, 1 nəfər ölüb.

Nərimanov Rayon Polis İdarəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, yanvarın 8-dən 9-a keçən gecə saat 03:00 radələrində Fətəlixan Xoyski küçəsində 1989-cu il təvəllüdlü Kənan Cəlilov idarə etdiyi VAZ 2107 markalı 90 KH 744 nömrə nişanlı avtomobillə 1986-cı il təvəllüdlü Nadir Vəliyevin idarə etdiyi "Porsche" markalı 10 PH 007 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Xəsarət alan Cəlilov Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb, Cəlilov xəstəxanada dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti