...

Bakıda avtomobillə vurulan piyada xəstəxanada ölüb

Hadisə Materials 11 Yanvar 2012 10:30 (UTC +04:00)
Bakıda avtomobillə vurulan piyada 6 gündən sonra xəstəxanada ölüb.
Bakıda avtomobillə vurulan piyada xəstəxanada ölüb

Azərbaycan, Bakı, 11 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Bakıda avtomobillə vurulan piyada 6 gündən sonra xəstəxanada ölüb.

Suraxanı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, yanvarın 4-də rayon ərazisində1961-ci il təvəllüdlü, ramana qəsəbəsində yaşayan Vahid Məmmədov idarə etdiyi "VAZ 2102" markalı avtomobillə 1977-ci il təvəllüdlü Ramin Abbasovu vuraraq hadisə yerindən qaçıb.

Yaralı 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Abbasov dünən xəstəxanada dünyasını dəyişib.

Prokuroluqdan bildirilib ki, qəzanı törədən sürücü hələ də axtarılır.

Faktla bağlı Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma (263.2-ci) və yol hadisəsi yerindən qaçma (264-cü) maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti