Azərbaycan, Bakı, 13 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Bakıda qatar Gürcüstan vətəndaşını vurub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 12-də Sabunçu-Zabrat mənzilinin 15-ci km-də, Böyükşor-Sumqayıt elektrik qatarı ilə Balaxanı qəsəbəsi ərazisindəki evlərdən birində kirayədə yaşayan Gürcüstan vətəndaşı Hüseyn Abdullayev vurulub.
Abdullayev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.