Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın bəzi dövlət qurumlarının internet saytları hakerlər tərəfindən dağıdılıb.
O cümlədən, Trend İnformasiya Agentliyinin internet səhifəsi (www.trend.az) də haker hücumuna məruz qalıb.
Trend-in məlumatına görə, bununla bağlı müvafiq dövlət qurumları araşdırmaya başlayıb. Həmin saytların bərpası istiqamətində iş aparılır.
Trend-in internet saytı haker hücumuna məruz qalıb
Azərbaycanın bəzi dövlət qurumlarının internet saytları hakerlər tərəfindən dağıdılıb.