Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda ötən gecə yaşayış evində partlayış olub, xəsarət alanlar var.
Binəqədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, 1-ci mədən, korpus 47, ev 7 ünvanında təbii qaz sızmasından baş verən partlayış zamanı yanğın olub.
Nəticədə mənzildəki 3 azyaşlı uşaq yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.