...

İranda hərbçilərə qarşı silahlı hücum olub

Hadisə Materials 21 Yanvar 2012 11:36 (UTC +04:00)
Bu gün səhər İranın Xürrəmabad şəhərində motorsikletlə hərəkət edən iki naməlum şəxs yol kənarında dayanmış bir qrup hərbçiyə odlu silahdan atəş açıb.
İranda hərbçilərə qarşı silahlı hücum olub

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir T.Cəfərov/

Bu gün səhər İranın Xürrəmabad şəhərində motorsikletlə hərəkət edən iki naməlum şəxs yol kənarında dayanmış bir qrup hərbçiyə odlu silahdan atəş açıb.

Trend-in MEHR xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir hərbçi ölüb, bir nəfər isə yaralanıb.

Loristan ostandarının təhlükəsizlik məsələləri üzrə müavini Həsən Şəriətnejad hadisənin bu gün səhər yerli vaxtla saat 06:30-da baş verdiyini deyib.

Şəriətnejadın sözlərinə görə, hadisəni törədən şəxslər qaçıblar, onların tapılması istiqamətində axtarış-əməliyyat tədbrləri həyata keçirilir.

Hadisənin başvermə səbəblərinin araşdırıldığını deyən Şəriətnejad ölən və xəsarət alanların sayının artacağını istisna etməyib.

Xəbər lenti

Xəbər lenti