Azərbaycan, Bakı, 1 fevral / Trend müxbir K.Zərbalıyeva/
Lənkəranda minik avtomobili aşıb, iki nəfər xəsarət alıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, dünən Ələt-Astara yolunun 196-cı kilometrliyində, Lənkəran rayonu ərazisində VAZ 21154 markalı avtomobil aşıb.
Nəticədə avtomobildəki sərnişinlər - bir qadın və bir kişi xəsarət alıb, onlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.