Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda yaşayış evi yanıb, xəsarət alan var.
Trend-in cümə axşamı Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 1-də saat 03:00 radələrində Nəsimi rayonu ərazisində yaşayan Cəmil Ağayevə məxsus mənzildə yanğın baş verib.
Nəticədə bütövlükdə mənzilin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, tüstüdən zəhərlənmiş Ağayev xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.