...

FHN maye qaz daşıyan yük avtomobilində baş verən partlayış hadisəsinə aydınlıq gətirib

Hadisə Materials 9 Fevral 2012 12:27 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi maye qaz daşıyan yük avtomobilində baş verən partlayışla bağlı rəsmi məlumat yayıb.
FHN maye qaz daşıyan yük avtomobilində baş verən partlayış hadisəsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 9 fevral / Trend müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyi maye qaz daşıyan yük avtomobilində baş verən partlayışla bağlı rəsmi məlumat yayıb.

Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nizami rayonunda özəl şirkətə məxsus maye qaz daşıyan "ZİL" markalı avtomobildə partlayışla nəticələnən yanğın hadisəsi baş verib.

Nəticədə, avtomobilin yanar hissələri, o cümlədən 9 ton həcmində olan çəni və çəndəki maye qaz 1000 kv.m sahəyə yayılaraq yanıb, 2 ədəd diametri 500 mm və 3 ədəd diametri 100 mm olan qaz boru xətti zədələnib.

Yaxınlıqdan keçən diametri 300 mm olan digər qaz boru xətti, 2 ədəd kompressor və yüksək gərginlikli elektrik dirəkləri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür. Hadisə ilə əlaqadar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti