Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir K.Zərbalıyeva/
Martın 7-də saat 02.15 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Ağası Hacıyev "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu teplovoza vurub.
Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə sərnişini 40-45 yaşlı kişi hadisə yerində ölmüş, xəsarət almış sürücü isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Sumqayıtda avtomobil teplovozla toqquşub, ölən və xəsarət alan var
Martın 7-də saat 02.15 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Ağası Hacıyev "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu teplovoza vurub
