...

Tufan nəticəsində Zahidan-Tehran qatarı relsdən çıxıb

Hadisə Materials 16 Mart 2012 16:34 (UTC +04:00)
Tufan nəticəsində bu gün Zahidandan Tehran istiqamətinə hərəkət edən sərnişin qatarı relsdən çıxıb.
Tufan nəticəsində Zahidan-Tehran qatarı relsdən çıxıb

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir T.Cəfərov/

Tufan nəticəsində bu gün Zahidandan Tehran istiqamətinə hərəkət edən sərnişin qatarı relsdən çıxıb. Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, qatarın relsdən çıxmasına səbəb tufan nəticəsində relslərin üzərində toplanmış qum olub.

İranın Dəmir Yol Təşkilatının cənub-şərq bölgəsi üzrə idarə rəisi Mustafa Davudi bildirib ki, qatarda 5 vaqon və 170 sərnişin olub.

Onun sözlərinə görə, qatar yerli vaxtla saat 13:00 radələrində Fəhruc dayanacağı yaxınlığında relsdən çıxıb.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur. Lakin Davudi hadisə yerinə texnika və şəxsi heyətin göndərildiyini deyib.

Xəbər lenti

Xəbər lenti