...

Bakıda ağır yol qəzaları: 2 nəfər ölüb, iki nəfər xəsarət alıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 4 Aprel 2012 09:29 (UTC +04:00)
Bakıda iki avtomobil toqquşub, ölən və yaralananlar var.
Bakıda ağır yol qəzaları: 2 nəfər ölüb, iki nəfər xəsarət alıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 4 aprel / Trend müxbir K.Zərbalıyeva/

Bakıda iki avtomobil toqquşub, ölən və yaralananlar var.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, aprelin 3-dən 4-nə keçən gecə saat 03:00 radələrində Xəzər rayonunda, Buzovna-Maştağa yolunda "VAZ 2107" ilə "Mercedes" toqquşub.

Nəticədə 1 nəfər ölüb, iki nəfər xəsarət alıb.
Həmin gecə saat 23:00-da Xəzər rayonunda, Buzovna kəndi ərazisində "VAZ 2107" markalı minik avtomobili aşıb. Nəticədə bir nəfər həlak olub.

Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, aprelin 3-də saat 03.00 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakinləri Ruslan Rəhimovun idərə etdiyi "Mercedes" və Azər Cəfərov idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub. İdarəetmə itirildiyindən hər 2 avtomaşın yolun kənarındakı mağazaya dəyib.

Nəticədə, Cəfərov hadisə yerində ölüb, xəsarət almış Rəhimov və sərnişini Cabir Nəsirov, habelə mağazada işləyən Yavər Əzimov isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.

Xəbər lenti

Xəbər lenti