...

Fövqəladə Hallar Nazirliyi "Çudo Peçka"dakı bomba həyəcanı ilə bağlı məlumat yayıb

Hadisə Materials 18 Aprel 2012 11:03 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi "Çudo Peçka"dakı bomba həyəcanı ilə bağlı rəsmi məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyi "Çudo Peçka"dakı bomba həyəcanı ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 18 aprel / Trend müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyi "Çudo Peçka"dakı bomba həyəcanı ilə bağlı rəsmi məlumat yayıb.

Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "Çudo Peçka" kafesində partlayıcı qurğu olması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər.

Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə kafedə müvafiq təhlükəsizlik tədbirləri görüb və əraziyə baxış keçiriblər.

Nəticədə, qeyd olunan ünvanda partlayıcı qurğu aşkar edilməyib.

Xəbər lenti

Xəbər lenti