...

Bakıda mənzildə 77 yaşlı qadının meyiti tapılıb

Hadisə Materials 12 May 2012 16:03 (UTC +04:00)
Bakıda mənzildə 77 yaşlı qadının meyiti tapılıb.
Bakıda mənzildə 77 yaşlı qadının meyiti tapılıb

Azərbaycan, Bakı, 12 may /Trend/

Bakıda mənzildə 77 yaşlı qadının meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1935-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək 3-cü mərtəbədəki mənzilə pəncərədən daxil olublar. Mənzilə baxış keçirilərkən Həsənova Lilya Nikalayevna hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində Həsənovanın vəfat etdiyi müəyyən olunub. Onun cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti