...

Balakəndə 30 yaşlı gənc qətlə yetirilib

Hadisə Materials 22 May 2012 09:41 (UTC +04:00)
Qətlin kim tərəfindən və hansı məqsədlə törədilməsi hələlik məlum deyil.
Balakəndə 30 yaşlı gənc qətlə yetirilib

Azərbaycan, Bakı, 22 may / Trend müxbir K.Zərbalıyeva/

Balakəndə 30 yaşlı gənc qətlə yetirilib.

Balakən rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, mayın 21-dən 22-nə keçən gecə Heydər Əliyev prospektində yerləşən yeni tikilinin zirzəmisində 1980-ci il təvəllüdlü Vidan Muqumovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Qətlin kim tərəfindən və hansı məqsədlə törədilməsi hələlik məlum deyil.

Xəbər lenti

Xəbər lenti