...

Lənkəranda leysan yağışları səbəbindən təhlükə qarşısında qalan şəxs xilas edilib

Hadisə Materials 12 Sentyabr 2012 11:19 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonu, Əşlə kəndində yağan leysan xarakterli yağışlar səbəbindən Lənkəran çayının daşması nətiçəsində çayı keçmək istəyən 1 nəfər köməksiz vəziyyətdə qalıb.
Lənkəranda leysan yağışları səbəbindən təhlükə qarşısında qalan şəxs xilas edilib

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Lənkəran rayonunda leysan xarakterli yağışlar səbəbindən təhlükə qarşısında qalan şəxs xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonu, Əşlə kəndində yağan leysan xarakterli yağışlar səbəbindən Lənkəran çayının daşması nətiçəsində çayı keçmək istəyən 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş FHN-in müvafiq xilasetmə qüvvələri həmin şəxsi xilas edib və aidiyyətı üzrə təhvil veriblər.

Bundan əlavə, Aran Regional Mərkəzinin inzibati ərazisində hava şəraitinin yağışlı keçməsi ilə əlaqədar Yevlax rayon Yenicə kəndində bir neçə fərdi yaşayış evinin həyətyanı sahəsinə yağış suyu dolması müşahidə olunub. Yağış sularının çəkilməsi məqsədilə FHN-in müvafiq qüvvə və texnikası həmin ərazilərə cəlb olunub, gün ərzində suçəkmə işləri aparılıb.

Xəbər lenti

Xəbər lenti