Azərbaycan, Bakı, 25 oktyabr / Trend, müxbir T.Cəfərov /
İranın Sistan və Bəluçistan əyalətinin Sərbaz bölgəsində məktəb müəllimi Məhəmməd İslamiyə qarşı terror aktı törədilib və nəticədə o, həlak olub. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.
Məlumata əsasən, ötən gün naməlum şəxslər bəsic (İranın Sepah korpusunun "Bəsic" könüllü qüvvələrinin üzvü) Məhəmməd İslamiyə atəş açıb və o, hadisə yerində dünyasını dəyişib.
Hazırda terror aktının törədən şəxslərin həbs edilməsi istiqamətində işlər gedir.
Oktyabrın 19-da da İranın Sistan və Bəluçistan vilayətindəki Çabahar şəhərində terrorçu özünü partlatmışdı. Terror aktı nəticəsində terrorçudan başqa daha iki nəfər həlak olmış və 6 nəfər yaralanmışdı.