...

Ağsuda qaz sızmasından partlayış olub, ölən var

Hadisə Materials 22 Noyabr 2012 10:05 (UTC +04:00)
Faktla bağlı araşdırma aparılır.
Ağsuda qaz sızmasından partlayış olub, ölən var

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ağsuda qaz sızmasından partlayış olub, ölən var.

Ağsu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Natavan küçəsi, ev 1/1-də yaşayan 1970-ci il təvəllüdlü Elşən Nuriyev hamamda çimərkən qaz sızmasından partlayış baş verib.

Ağır xəsarət alan Nuriyev Bakıdakı 5 saylı Klinik Xəstəxanaya gətirilib və orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti