...

Bakıda yaşayış evində baş verən yanğında 2 yaşlı uşaq xəsarət alıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 6 Dekabr 2012 17:05 (UTC +04:00)
İlkin məlumata görə, Bakının Yasamal rayonunda yaşayış evində baş verən yanğın nəticəsində 2 yaşlı uşaq xəsarət alıb.
Bakıda yaşayış evində baş verən yanğında 2 yaşlı uşaq xəsarət alıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbirlər K.Zərbalıyeva, İ. İsabalayeva/

İlkin məlumata görə, Bakının Yasamal rayonunda yaşayış evində baş verən yanğın nəticəsində 2 yaşlı uşaq xəsarət alıb. Bunu cümə axşamı Trend-ə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib.

Onun sözlərinə görə, uşağın vəziyyəti ağırdır. Onun əlləri və ətrafları yanıb. Uşaq təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Yanğın artıq söndürülüb.

Yanğın A.Şaiq küçəsi, dalan 15, mənzil 58-dəki fərdi yaşayış evində baş verib. Yanğınla bağlı ev sahibi məlumat verib. Hadisə yerinə təcili yardım briqadası göndərilib. Ərazidə ətraf yollar bağlı olduğundan, həkim briqadası əraziyə piyada getmək məcburiyyətində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti