...

Tbilisidə fırıldaqçı Ermənistan vətəndaşları saxlanılıb

Hadisə Materials 8 Dekabr 2012 14:31 (UTC +04:00)
Dekabrın 5-də Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Baş İdarəsinin əməkdaşları fırıldaqçılıq faktı əsasında iki Ermənistan vətəndaşını saxlayıblar.
Tbilisidə fırıldaqçı Ermənistan vətəndaşları saxlanılıb

Gürcüstan, Tbilisi, 8 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Dekabrın 5-də Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Baş İdarəsinin əməkdaşları fırıldaqçılıq faktı əsasında iki Ermənistan vətəndaşını saxlayıblar.

Trend-in Gürcüstan DİN-ə istinadən verdiyi məlumata görə, həbs edilənlər Vladimir S. (1971-ci il təvəllüdlü) və Diana E.-dir (1975).

İş üzrə materiallara əsasən, adıçəkilən şəxslər 2011-ci ilin yanvarında Katevan və Anatoli Sapanadzelərdən 600 lari və 5000 dollar həcmində pul mənimsəyiblər. Fırıldaqçılar bunun əvəzində Sapanadzeyə onların həbs edilən oğlu David Sapanadzenin əfv yolu ilə azad edilməsini vəd ediblər. Pulu aldıqdan sonra Ermənistan vətəndaşları gizləniblər.

DİN-in məlumatıan görə, fırıldaqçılar Ermənistanda oxşar cinayətə görə axtarışda olublar. Bundan başqa, 2004-cü ildə Vladimir S. fırıldaqçılığa görə Gürcüstanda ittham edilib.

Faktla bağlı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti