...

Bakıda Türkiyə vətəndaşına qarşı soyğunçuluq edilib

Hadisə Materials 21 Yanvar 2013 12:31 (UTC +04:00)
Bakıda Türkiyə vətəndaşına qarşı soyğunçuluq edilib, soyğunçulardan ikisi yaxalanıb.
Bakıda Türkiyə vətəndaşına qarşı soyğunçuluq edilib

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İzzət/

Bakıda Türkiyə vətəndaşına qarşı soyğunçuluq edilib, soyğunçulardan ikisi yaxalanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 19-da naməlum şəxslər İ.Qutqaşınlı küçəsində yaşayan Türkiyə vətəndaşı Ulucay Zəkioğluna bıçaqla hədə-qorxu gələrək 2000 manatını və mobil telefonunu əlindən alıb.

Yasamal RPİ CAŞ və 26-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Orxan Əzizov və Samir Arzumanov yanvarın 20-də yaxalanıb, digər şəxslərin yaxalanması istiqamətində əməliyyat tədbirləri keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti