...

Abşeronda ölüm hadisəsi baş verib

Hadisə Materials 31 Yanvar 2013 13:32 (UTC +04:00)
Abşeron rayonu Ceyranbatan bağlar yaşayış sahəsində yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.
Abşeronda ölüm hadisəsi baş verib

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İzzət/

Abşeronda Ceyranbatan bağlar yaşayış sahəsində yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.

Trend-in Daxili İşlər Nazirlyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanvarın 30-da saat 23:35 radələrində Ceyranbatan bağlar yaşayış sahəsində Sumqayıt şəhər sakini Elvin Mirzəliyev idarə etdiyi "VAZ-21015" markalı avtomaşınla Mingəçevir şəhər sakini Ramin Abbasovu vurub.

Nəticədə Abbasov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti