...

Türkiyə aviaşirkətinin təyyarəsi uçuşdan sonra texniki nasazlıqla əlaqədar İstanbul aeroportuna qayıdıb

Hadisə Materials 20 Fevral 2013 14:32 (UTC +04:00)
Türkiyənin "Onur Hava Yolları" aviaşirkətinin İstanbul-Antalya reysini həyata keçirən təyyarəsi havaya qalxdıqdan 20 dəqiqə sonra yaranmış texniki nasazlıqla əlaqədar İstanbulun Atatürk hava limanına qayıtmağa məcbur olub.
Türkiyə aviaşirkətinin təyyarəsi uçuşdan sonra texniki nasazlıqla əlaqədar İstanbul aeroportuna qayıdıb

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin "Onur Hava Yolları" aviaşirkətinin İstanbul-Antalya reysini həyata keçirən təyyarəsi havaya qalxdıqdan 20 dəqiqə sonra yaranmış texniki nasazlıqla əlaqədar İstanbulun Atatürk hava limanına qayıtmağa məcbur olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Yeni Şafak" qəzeti xəbər verib.

Aeroporta qayıtdıqdan sonra təyyarə texniki baxışa göndərilib.

Hava gəmisindən təxliyyə olunan sərnişinlər başqa təyyarədə iki saatlıq gecikmə ilə uçuşu davam etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti