...

İstanbulda ABŞ səfirliyi, sinaqoq və kilsələrə qarşı terror aktlarının qarşısını alınıb

Hadisə Materials 28 Fevral 2013 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir A.Tağıyeva/

İstanbulda ölkənin təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində "əl-Qaidə" terror təşkilatının 11 üzvü saxlanılıb. Bu barədə Trend cümə axşamı "Sabah" qəzetinə istinadən məlumat verir.

Terrorçular ABŞ səfirliyində, habelə ölkənin bəzi sinaqoq və kilsələrində terror aktları törətməyi planlaşdırırdılar.

Saxlanılan terrorçulardan 22 kiloqram partlayıcı maddə, 5 tüfəng və 5 tapança aşkar edilib.

Fakt üzrə araşdırma başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti