...

Türkiyədə məhkəmə binasında atışma olub, dörd nəfər ölüb

Hadisə Materials 14 Mart 2013 15:10 (UTC +04:00)
Bu gün Türkiyənin Qaziantep vilayətində məhkəmə binasında naməlum qruplar arasında atışma olub.
Türkiyədə məhkəmə binasında atışma olub, dörd nəfər ölüb

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir A.Tağıyeva/

Bu gün Türkiyənin Qaziantep vilayətində məhkəmə binasında naməlum qruplar arasında atışma olub. Bu barədə Trend cümə axşamı "CNN Türk" telekanalına istinadən məlumat verir.

İlkin məlumata görə, atışma nəticəsində dörd nəfər ölüb, üç nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

İnsidentin təfərrüatları müəyyənləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti