Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İ.İzzət/
Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsi ərazisində baş vermiş münaqişə zamanı bir nəfər odlu silahdan açılan atəşdən ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 18-də Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsi ərazisində qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Əlvan Abdullayev, onun qardaşı Rəşad, Zaur Aşurov, onun qardaşı Davud və Salyan rayon sakini Yasər Nağdəliyev arasında münaqişə baş verib.
Bu zaman Rəşad, Davud və Y.Nağdəliyev biri-birilərini döydüklərindən müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ə.Abdullayev isə ov tüfəngindən atəş açaraq Z.Aşurovu qətlə yetirib.
Abdullayev Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.