Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İ.İzzət/
Xəzər rayonunda avtomobil aşıb, sürücü ölüb.
Xəzər Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Xəzər rayonu Buzovna-Maştağa yolunun 1-ci km-də 1962-ci il təvəllüdlü Əliyev Ələkbər Hacıməmməd oğlu idarə etdiyi "Mercedes Benz - 230" markalı avtomobillə hərəkətdə olarkən yoldan çıxaraq aşıb.
Nəticədə sürücü Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı ilkin olaraq Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.