...

Türkiyədə xəstaxanaya çatdırılan suriyalı qaçqının üzərindən 3 əl qumbarası aşkarlanıb

Hadisə Materials 1 Aprel 2013 12:40 (UTC +04:00)
Türkiyənin Kilis əyalətindıə xəstəxanaya çatdırılan suriyalı qaçqının üzərindən 3 əl qumbarası və 90 güllə aşkarlanıb.
Türkiyədə xəstaxanaya çatdırılan suriyalı qaçqının üzərindən 3 əl qumbarası aşkarlanıb

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Kilis əyalətindıə xəstəxanaya çatdırılan suriyalı qaçqının üzərindən 3 əl qumbarası və 90 güllə aşkarlanıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Axşam" qəzeti xəbər yayıb.

Adı açıqlanmayan suriyalı qaçqın, Suriyada baş verən döyüşlər zamanı yaralanaraq xəstəxanaya atdırılıb. Xəstəxananın əməkdaşları onun üzərindən qumbara və güllələri aşkarlayaraq hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil veriblər.

Faktla bağlı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti