...

Türkiyə polisi ABŞ səfirliyində partlayış törətməyə hazırlaşan şəxsləri saxlayıb

Hadisə Materials 12 Aprel 2013 13:31 (UTC +04:00)


Azərbaycan, Bakı, 12 aprel/Trend, müxbir R. Hafizoğlu/

Türkiyə polisi ABŞ-ın Ankaradakı səfirliyində partlayış təşkil etmək niyyətində olan "Əl-Qaidə" terror təşkilatının üzvlərini saxlayıb. Bu barədə Trend cümə gün "CNN Türk" telekanalına istinadən məlumat verir.

Telekanalın məlumatına görə, saxlanılanlar arasında xarici dövlətlərin vətəndaşları da var.

Saxlanılan şəxslərdən 22 kiloqram partlayıcı maddə ələ keçirilib.

Məlumata görə, terror təşkilatının üzvləri ABŞ-ın Anakaradakı səfirliyindən başqa, İstanbulda bir sıra muzey və sinaqoqlara hücum etməyi planlaşdırırmışlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti